MƏDƏNİYYƏT


IX Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 29-dan avqustun 3-dək keçiriləcək IX Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb.

AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək festivalın konsertləri bu il Qəbələ ilə yanaşı, Şəki və İsmayıllı şəhərlərində də təşkil olunacaq.

İyulun 29-da Qəbələ Kamera Musiqi Zalında festivalın ilk konserti olacaq. Axşam açıq səhnədə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Gənclər Kamera Orkestri çıxış edəcək. Dirijor beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir. Pianoda Əməkdar Artist İsfar Sarabski çıxış edəcək.

İyulun 30-da Qəbələdə açıq səhnədə festivalın açılış mərasimi olacaq və tamaşaçılara Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim ediləcək. Həmin gün Şəkidə BMA-nın Gənclər Kamera Orkestri çıxış edəcək, Qəbələ Kamera Musiqi zalında isə Atabala Manafzadə (piano), “Furioso Quartet” və Kəmalə Neymanova (piano), Süleyman Babakişizadə (skripka), Zərifə Alxazova (skripka), Üzeyir Mahmudbəyli (viola), Murad İbrahimov (violonçel), Nərmin Nəcəfli (piano) və Ənvər Kərimovun (truba) iştirakı ilə konsert olacaq.

İyulun 31-də Qəbələ Kamera Musiqi Zalında Fəqan Qasımlı (piano), Məmməd Rəcəbli (klarnet), Aydan Quliyeva (soprano), Taleh Yəhyayev (bariton) və İlahə Sadıxzadənin (piano) iştirakı ilə konsert olacaq. Açıq səhnədə “Bakı Kamera Orkestri” çıxış edəcək. Dirijor Əməkdar Artist Fuad İbrahimovdur.

Avqustun 1-də festival çərçivəsində İsmayıllıda “Bakı Kamera Orkestri”nin iştirakı ilə konsert olacaq. Qəbələdə Kamera Musiqi Zalında Səidə Tağızadə (piano), Rəna Rəhimova (viola) və Elxan Niftiyev (piano) çıxış edəcəklər. Həmin gün musiqisevərləri Qəbələ Kamera Musiqi Zalında, həmçinin Xalq Artisti Murad Adıgözəlzadə (fortepiano), Janna Qandelman (İsrail, skripka), Mixail Sladkin (ABŞ, valtorn), Dmitri Yablonski (Rusiya, violonçel) və Xalq Artisti Fərhad Bədəlbəylinin (piano) iştirakı ilə maraqlı konsert gözləyir. Açıq səhnədə İngiltərənin “FEMUSA” kamera orkestri çıxış edəcək.

Avqustun 2-də Qəbələ Kamera Musiqi Zalında Məhərrəm Hüseynov (bariton), Azər Rzazadə (tenor), Müşfiq Quliyev (tenor), Canluici Sartori (tenor, İtaliya), Elnarə Məmmədova (soprano) çıxış edəcəklər. Açıq səhnədə Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Solistlər Moyka Zlobko Vajql (arfa, Sloveniya), Massimo Merçellidir (fleyta, İtaliya) və Xalq Artisti Yeganə Axundovadır (piano).

Festivalın sonuncu günü – avqustun 3-də Qəbələ Kamera zalında “Dörd əl axşamı” adlı konsert proqramında Murad Adıgözəlzadə (piano), Oksana Yablonskaya (Rusiya, piano), Stefan Deltz (piano, ABŞ), Anna Serova (skripka, İtaliya) iştirak edəcəklər. Festivalın bağlanış mərasiminin keçiriləcəyi açıq səhnədə Üzeyir Hacıbəbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Roberto Molinelli (İtaliya) dirijorluq edəcək. Konsertdə Nomeda Kazlaus (soprano, Litva), Azər Rzazadə (tenor), Məhərrəm Hüseynov (bariton) çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.