REGİONLAR


IX sinif şagirdləri imtahan verdi, növbə onbirincilərindir VİDEO

Xaçmaz, 23 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün təşkil olunan imtahanlar respublikanın 28 şəhər və rayonunda, ümumilikdə, 166 binada aparılır.

AZƏRTAC xəbər verir ki, mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan, ümumilikdə, 5 min 739 şagird iştirakı gözlənilir. Onlardan 3 min 298 nəfəri IX, 2 min 441 nəfəri isə XI sinif şagirdidir.

Xaçmazda 4, Şabranda 2, Siyəzəndə və Xızıda isə 1 imtahan mərkəzində keçirilən imtahanlara 300 nəzarətçi müəllim, o cümlədən 25 imtahan rəhbəri cəlb edilib.

Xaçmaz şəhərindəki akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə imtahan rəhbəri olan Aydın Abdurahmanov AZƏRTAC-a müsahibəsində imtahanların nəzərdə tutulan qaydalara uyğun başlandığını qeyd edib: “İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. Proses zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb”.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da başlayıb və uğurla başa çatıb. XI sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.