İDMAN


I Divizionda noyabr ayının ən yaxşı qolunun müəllifi açıqlanıb

A+ A

Bakı, 9 dekabr, AZƏRTAC 

Peşəkar Futbol Liqasının (PFL) həyata keçirdiyi “I Divizionda ayın ən yaxşı qolu” layihəsinin növbəti qalibi müəyyənləşib.

AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, PFL-in azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsinə əsasən, noyabrın ən yaxşı qolunun müəllifi “Bakılı”nın futbolçusu Nurlan Məmmədzadə seçilib.

N.Məmmədzadə azarkeşlərin seçimi zamanı “Qaradağ Lökbatan”ın oyunçusu Emin Mustafayevi, jurnalistlərin səsverməsinin nəticəsinə görə isə “Zaqatala”nın futbolçusu Ruslan Tağızadəni üstələyib.

Media nümayəndələri və futbolsevərlərin seçimi eyni olduğuna görə, qaydalara əsasən PFL səsvermə hüququndan istifadə etməyib.

Xatırladaq ki, PFL artıq 3-cü dəfədir ki, bu layihəni həyata keçirir. Ən yaxşı qolun müəllifi mükafatına daha öncə Qeyrət Qənbərov (“Şəmkir”) və Emin Mehtiyev (“Zaqatala”) layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.