İDMAN
“I divizionda ayın ən yaxşı qolu” nominasiyasında ilk qalib müəyyənləşib
Bakı, 28 oktyabr, AZƏRTAC
Peşəkar Futbol Liqasının layihəsi olan “I divizionda ayın ən yaxşı qolu” nominasiyasında ilk qalib müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Şəmkir”in futbolçusu Qeyrət Qənbərovun “Zaqatala”nın qapısından keçirdiyi top sentyabr ayının ən yaxşı qolu seçilib.
Qalibə pul mükafatını (500 AZN) və xüsusi hədiyyəni oktyabrın 28-də keçirilən “Şəmkir” - MOİK oyunundan əvvəl Peşəkar Futbol Liqasının Texniki idman departamentinin rəisi Zamiq Hüseynov təqdim edib.
Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyəti də fərqlənmiş oyunçunu mükafatlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]