CƏMİYYƏT


I ixtisas qrupları üzrə qəbul imtahanında ən yüksək nəticə göstərənlər Bakı Ali Neft Məktəbini seçiblər

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

2016/2017-cı tədris ili üçün I ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanında 700 bal toplamış abituriyentlərin üçü də Bakı Ali Neft Məktəbini (BANM) seçiblər.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, I ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən Tural Ağayev, Rəvan Nəzərəliyev və Nadir Sultanlı bu ali təhsil ocağının “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə ali təhsillərini davam etdirəcəklər.

Tural Ağayev Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin, Nadir Sultanlı “Ankara məktəbi” məktəb-liseyinin, Rəvan Nəzərəliyev Xırdalandakı 5 saylı tam orta məktəbin məzunlarıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.