MƏDƏNİYYƏT


İbrahim Əssiri: Azərbaycanda beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil edilir

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak etməkdən məmnunam. Belə mötəbər tədbirə dəvət olunduğuma görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə təmsilçisi İbrahim Əssiri (Səudiyyə Ərəbistanı) deyib. Bildirib ki, IV Bakı Beynəlxalq Teatr Konfransı müxtəlif ölkələrin teatrşünasları tərəfindən müasir teatrın problemlərinin müzakirə edilməsinə və həlli yollarının tapılmasına imkan yaradacaq.

Azərbaycan teatrları haqqında məlumatlı olduğunu bildirən İbrahim Əssiri II Şəki Beynəlxalq Teatr Festivalında iştirak etdiyini, tamaşalarımıza maraqla baxdığını diqqətə çatdırıb. Qonaq beynəlxalq tədbirlərin Azərbaycanda çox yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.