SİYASƏT


İbrahim Qandur: Sudan Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Sudanın xarici işlər naziri İbrahim Qandur ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İbrahim Qandur BMT Təhlükəsiz Şurasına qeyri-daimi üzvlüyü dövründə Sudana verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib. O, Sudanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiyini diqqətə çatdırıb. Sudanlı nazir ölkəsinin tezliklə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupuna qoşulacağını da qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə ətraflı məlumat verən Elmar Məmmədyarov problemlə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin dəstəklənməsinə görə, Sudan hökumətinə təşəkkürünü bildirib. Nazir Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi, yürütdüyü destruktiv və təxribatçı siyasətin münaqişənin həllinə, regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirdiyini vurğulayıb.

Görüşdə tərəflər BMT Baş Assambleyasının gündəliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.