REGİONLAR
İbrahim Sərdarov: Tur-aksiya Vətənimizi daha yaxından tanımaq üçün gözəl imkandır
Gəncə, 27 mart, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları arasında Şamaxı şəhəri Mədrəsə qəsəbə tam orta məktəbin XI sinif şagirdi İbrahim Sərdarov da var. O, Gəncə, Şəmkir və Göygöl şəhərləri ilə tanışlıqdan zəngin təəssüratla ayrıldığını bildirib.
Təəssüratlarını AZƏRTAC ilə bölüşən İbrahim Sərdarov deyib: “Ekskursiya zamanı getdiyimiz şəhərlərin qədim mədəniyyət abidələri ilə yanaşı, müasir tikililəri, turizm obyektləri, mənzərəli məkanları ilə də yaxından tanış olduq. Ümumiyyətlə, 3 gün ərzində Gəncə, Şəmkir və Göygöl şəhərlərində gördüklərimiz bölgə haqqında biliklərimizi daha da artırıb. Bölgələrimizin maddi-mədəniyyət abidələri ilə yaxından tanış olmaqla bərabər, həm də özümüzə yeni dostlar qazanmışıq”.
Məktəbli qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tur-aksiya şagirdlərin Vətənimizi daha yaxından tanımaları üçün gözəl imkandır.