ELM VƏ TEXNOLOGİYA


İbrahim Yıldırım: Birinci Türkoloji Qurultay tükdilli xalqların həyatında mühüm tarixi hadisədir

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni həyatında mühüm tarixi hadisə kimi böyük rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, 90 il bundan əvvəl keçirilmiş qurultayın yubileyinə həsr olunan bugünkü konfrans mühüm əhəmiyyət kəsb edir. Burada türk dünyasının tanınmış şəxsiyyətləri, elm adamları türkologiyanın müxtəlif problemlərini, ortaq türk xalqlarının dilini, tarixini və ədəbiyyatını, əlifbasını, həmçinin ortaq tük qrammatikasının və terminologiyasının hazırlanmasını və digər vacib məsələləri müzakirə edəcəklər.

İ.Yıldırım bu tədbir zamanı qəbul edilən qərarların növbəti 90 ildə türkologiyanın “yol xəritəsi”ni hazırlamaq üçün vəsilə olacağına inandığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.