ELM VƏ TƏHSİL


“İbtidai sinif müəllimi” mövzusunda təlimlərə başlanılıb

Bakı, 22 may, AZƏRTAC

Təhsil İnstitutunun təşəbbüsü və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “İbtidai sinif müəllimi” mövzusunda təlimlərə başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin keçirilməsinin əsas məqsədi ibtidai sinif müəllimlərinə qabaqcıl təhsil sistemi və səmərəli sinif idarəetməsi haqqında məlumat vermək, yeni qiymətləndirmə metodları ilə müəllimləri tanış etmək və onların liderlik potensialını inkişaf etdirməkdir.

Təlimi Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi, xüsusi dəvət olunmuş Çan Vi Bun aparır. Kurs çərçivəsində şagirdlərlə ünsiyyət bacarıqlarının inkişafı, dərslərin təşkili və digər mövzularda interaktiv sessiyalar da təşkil olunur.

Təlimdə iştirak üçün 28 nəfər ibtidai sinif müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və bu ali təhsil müəssisəsinin nəzdində Pedaqoji Kollecin əməkdaşları seçiliblər.

Qeyd edək ki, Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Milli Təhsil İnstitutunun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.