CƏMİYYƏT


İbtidai sinif müəllimləri üçün “Peşəyə giriş” mövzusunda seminarlar keçiriləcək

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən bu il işə qəbul olunan ibtidai sinif müəllimləri üçün “Peşəyə giriş” mövzusunda seminarlar keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, seçilmiş ibtidai sinif müəllimlərinə üç gün ərzində “İbtidai təhsilin missiyası və xüsusiyyətləri”, “Məzmun standartlarının şərhi; dərs icmallarının hazırlanması”, “Uşaq psixologiyası; uşaqla ünsiyyət və əməkdaşlıq qurmağın konstruktiv yolları”, “Sinifdə öyrədici mühitin yaradılması; şagird tədqiqatının təşkili” mövzularında seminarlar təşkil olunacaq.

Seminarda iştirak üçün yalnız bu il işə qəbul olunan və daimi əsaslarla işləyən ibtidai sinif müəllimləri müraciət edə bilərlər.

Seminarlar oktyabrın 27-dən 29-dək keçiriləcək. Ərizələr oktyabrın 25-dək elektron (http://bit.ly/2exlxAT) formada qəbul ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.