CƏMİYYƏT


İcbari Tibbi Sığorta Agentliyi: Yaxın vaxtlarda pilot şəhər və rayonun adları açıqlanacaq

A+ A

Bakı, 4 avqust, AZƏRTAC 

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da səhiyyə sahəsində tətbiq olunacaq icbari tibbi sığorta ilk olaraq pilot layihə şəklində başlayacaq. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı fəaliyyət planının ilkin mərhələləri artıq hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsa Əliyev deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda pilot şəhər və rayonun adları açıqlanacaq. Bundan sonra həmin fəaliyyət planının həyata keçirilməsi planlaşdırılır.

İsa Əliyev onu da qeyd edib ki, tibbi xidmətlərin maliyyələşdirilməsində yeni mexanizmlərin tətbiqi gözlənilir. İlkin səhiyyə xidmətlərinin maliyyələşdirilməsi üçün adambaşına ödəniş mexanizmi tətbiq olunacaq. Xəstəxanalara isə ödənişlər hər bir xəstəlik halına görə həyata keçiriləcək. Pilot layihələr bu ödəniş mexanizmlərinin tətbiqini sınaqdan keçirməyə imkan verəcək.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot rayonların seçilməsinə dair təkliflərini Nazirlər Kabinetinə göndərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.