CƏMİYYƏT


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi illik hesabatını açıqlayıb

A+ A

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ilin hesabatını açıqlayıb. Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli Fərmanı ilə Agentliyin əsasnaməsi və strukturu təsdiq edilib. Bu barədə AZƏRTAC-a agentlikdən bildirilib.

Məlumata görə, hesabatın məqsədi icbari tibbi sığorta sahəsində ictimaiyyətin məlumatlandırılması, bu istiqamətdə mövcud yanaşmanın və icbari tibbi sığortanın tətbiqinə hazırlıq məqsədilə görülmüş işlər barədə məlumatların təqdim edilməsidir.

Hesabatda qeyd edilir ki, Azərbaycanda əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, keyfiyyətli tibbi xidmətlərin həyata keçirilməsinin stimullaşdırılması, səhiyyə sahəsində dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması istiqamətində ən mühüm tədbirlərdən biri icbari tibbi sığortanın tətbiq edilməsidir. Bu məqsədlə 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsinin və strukturunun tətbiq edilməsi, icbari tibbi sığortanın tətbiqi üçün hazırlıq işlərinin aparılması, baza (əsas xidmətlər) zərfinin təsdiq edilməsi və icbari tibbi sığortanın pilot qaydada tətbiqinə başlanılması icbari tibbi sığortanın ölkəmizdə tətbiqinə şərait yaradıb.

İcbari tibbi sığorta (İTS) səhiyyəyə sərf edilən vəsaitlərin səmərəli cəmləşdirilməsinə, bu sahəyə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinə, dövlət vəsaitlərinin səmərəli istifadə edilməsinə, əhaliyə müasir və keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsinin stimullaşdırılmasına şərait yaradır.

Hesabatın tam mətni Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib:

http://its.gov.az/az/i-tsda-haqq-nda/hesabatlar/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.