CƏMİYYƏT


İcbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı pilot rayonların seçilməsinə dair təkliflər Nazirlər Kabinetinə göndərilib

A+ A

Bakı, 3 avqust, AZƏRTAC 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkəmizdə səhiyyə sahəsində ən böyük islahatlardan sayılan icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı pilot rayonların seçilməsinə dair fəaliyyət planının ilkin mərhələsini hazırlayıb.

Agentlik icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı pilot rayonların seçilməsinə dair təkliflərini artıq Nazirlər Kabinetinə göndərib. Hazırda müvafiq dövlət qurumları ilə razılaşma işləri aparılır. Razılıq əldə olunduqdan sonra dövlət səviyyəsində pilot rayonların seçilməsi nəzərdə tutulur.

Pilot layihənin həyata keçirilməsində məqsəd əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.