MƏDƏNİYYƏT


“İçəri şəhər” filmi Hindistanda nümayiş olunub

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

“İçəri şəhər” bədii filminin 47-ci Hindistan Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında nümayişi baş tutub.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, festival noyabrın 20-dən 28-dək Qoada keçirilib. Festivalda filmin ssenari müəlliflərindən biri və baş rolun ifaçısı Təhminə Rafaella iştirak edib.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, Anar Xəlilov və digərləri canlandırıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.