MƏDƏNİYYƏT


“İçəri şəhər” filmi Tallində keçiriləcək “Qara gecələr” Film Festivalında nümayiş etdiriləcək

A+ A

Tallinn, 8 noyabr, AZƏRTAC

Ölkəmizin Estoniyadakı səfirliyindən verilən məlumata görə, Azərbaycan kinematoqrafçılarının istehsalı olan “İçəri şəhər” filmi Tallində keçiriləcək “Qara gecələr” Film Festivalında nümayiş etdiriləcək.

Psixoloji-dram janrında çəkilmiş filmin müəllifi Təhminə Rafaella, rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, bədii rəhbəri Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov və prodüseri Müşfiq Hətəmovdur.

Bu ekran əsəri gənc bir qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edir. Aparıcı rollarda Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova iştirak edirlər.

Filmin çəkilişləri Bakı şəhərində və Zaqatala rayonunda aparılıb.

“Qara gecələr” Film Festivalında cizgi filmləri, qısametrajlı filmlər, uşaqlar və gənclər üçün filmlər, həmçinin bədii filmlər nümayiş etdirilir. Festivalın məqsədi Estoniya auditoriyasını dünya kinosunun geniş seçim və müxtəlifliyi ilə tanış etməkdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.