MƏDƏNİYYƏT


İçərişəhərdə “Qış qalası” adlı yeni il yarmarkası keçiriləcək

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Şəhərimizin bayram əhvalına öz töhfəsini vermək, eləcə də yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dekabrın 20-dən yanvarın 10-dək Qoşa qala qapısı meydanında “Qış qalası” adlı yeni il yarmarkası keçirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “Qış qalası” təkcə əl işləri, suvenirlər, yeni il atributları, isti qəlyanaltılar, şirniyyat və içkilərin satışı ilə məhdudlaşmır. 20 gün boyunca hər gün saat 19:00-21:00-dək uşaqlar üçün əyləncəli animasiya proqramı və canlı ifalar davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.