İQTİSADİYYAT


İçərişəhərin ingilis və rus dillərində turist xəritəsi hazırlanıb

Bakı, 13 iyul, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə İçərişəhərin ingilis və rus dillərində turist xəritəsi hazırlanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, xəritə İçərişəhərdə yerləşən muzeylər, məscid və məqbərələr, karvansaralar, qalalar, hamamlar, tarixi-memarlıq binaları, qalereyalar, suvenir dükanları, restoran və kafelərin yeri barədə ətraflı məlumatı əhatə etməklə görməli yerlərə ən qısa marşrutu tapmaqda turistlərə yardımçı olacaq. Xəritədə İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələri haqqında da qısa məqalələr yer alıb.

İçərişəhərin turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Bakıdakı mehmanxanalardan əldə etmək mümkündür.

Yaxın gələcəkdə xəritənin ərəb dilində nəşri də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.