DÜNYA


İçində Aydan götürülmüş toz olan çanta 1 milyon 800 min dollara satılıb

Bakı, 21 iyul, AZƏRTAC

ABŞ-da Aya ilk ayaq basan kosmonavt Nil Armstronqun “Apollon 11” gəmisində istifadə etdiyi və içində Aydan götürülmüş toz, həmçinin nümunələr olan çanta 1 milyon 800 min dollara satılıb.

AZƏRTAC xəbər verir ki, 1969-cu ildə “Apollon 11”-lə Aya çıxan ABŞ Hərbi Dəniz Donanmasının zabiti Armstronqun istifadə etdiyi çanta 48 ildən sonra Nyu Yorkdakı Sothebys Muzey Evində açıq satışa çıxarılıb.

Kosmonavtlara dair əşyaların satıldığı açıq hərracda sərgilənən çantaya 2-4 milyon dollar qiymət qoyulmuşdu.

Qeyd edək ki, aterosklerozdan əziyyət çəkən Nil Armstronq 2012-ci ildə vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.