ELM VƏ TƏHSİL


“İcmalar üçün ingilis dili” layihəsinə altı pilot məktəb cəlb olunub

Bakı, 31 yanvar, AZƏRTAC

Təhsil Nazirliyi, “British Council” və “British Petrolium” Neft Şirkətinin birgə əməkdaşlığı çərçivəsində “İcmalar üçün ingilis dili” layihəsinin icrasına başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi məqsədilə reallaşacaq layihə Azərbaycanın on bölgəsini və Qaradağ rayonunun neft boru kəməri keçən qəsəbələrini əhatə edir.

Layihəyə Qaradağ rayonunun neft boru kəməri keçən qəsəbələrindən altı pilot məktəb cəlb olunub. Fevralın ortalarından pilot məktəblərin ingilis dili müəllimləri müsahibəyə cəlb olunacaqlar. Müsahibə zamanı seçilmiş müəllimlər 120 saatlıq təlimlərdə iştirak edəcəklər. Mart ayından sentyabradək müəllimlər üçün online dil və metodiki dəstək proqramı tədris olunacaq. Proqram çərçivəsində müəllimlərə resursların effektiv istifadə edilməsi barədə təməl məlumatlar veriləcək. Aprel ayından isə təlimçi ingilis dili müəllimlərinin icma üzvlərinə dil dərsləri təşkil olunacaq.

Avqust və sentyabrda isə layihədə iştirak edən müəllimlərin dərsləri dinləniləcək və onlara müvafiq dəstəkləyici rəylər veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.