CƏMİYYƏT


İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "ASAN könüllüləri" Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və "ASAN könüllüləri" Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb.

İSİM-dən AZƏRTAC-a bildirilib ki, memorandum İSİM-in direktoru Ceyhun Məmmədov və “ASAN Könüllüləri” gənclər təşkilatı İctimai Birliyinin sədri Bəxtiyar İslamov tərəfindən imzalanıb.

Azərbaycan gəncləri arasında sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərin aradan qaldırılması, gənclər də daxil olmaqla əhalinin müxtəlif təbəqələri arasında sanitar-maarif işinin təşkili, əhalinin sağlamlığının qorunması, xüsusilə də, tütünçəkmə, spirtli içkilərdən istifadə və narkomaniya ilə mübarizə, habelə məişət zorakılığının profilaktikası məqsədilə birgə tədbirlərin və kampaniyaların təşkili, gənclər arasında fiziki aktivliyin və idmanın geniş təbliği, dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən və ictimai sağlamlıqla bağlı fəaliyyətlərdə gənclərin iştirakının təmin edilməsi kimi məsələlər əməkdaşlıq memorandumunun əsas predmetlərindəndir.

Memoranduma əsasən hər iki tərəf nümayəndələrinin iştirakı ilə birgə layihələrin, sosioloji tədqiqat və araşdırmaların həyata keçirilməsi və konfransların, təlimlərin, seminarların və əhalinin sağlamlığı ilə bağlı sanitar-maarif tədbirlərinin təşkili, könüllü gənclərin cəmiyyətdə qarşılaşdıqları problemli məsələlərin həllinə cəlb olunması, könüllü gənclər arasında psixi sağlamlıq istiqamətində tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.