Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

"İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:

Vüqar Eldar oğlu Zeynalov – namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüşdür;

Mirhəsən Mirheydər oğlu Seyidov – namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüşdür;

Sevil Şərif qızı Yusifova – namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüşdür.

Azərbaycan Respublikası O.Əsədov

Milli Məclisinin Sədri

Bakı şəhəri, 29 may 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin