CƏMİYYƏT


İctimai nəzarətin gücləndirilməsinə dair “dəyirmi masa” keçirilib

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai şuralar və ictimai nəzarətin təşviqi” adlı layihə icra edir.

MQF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində Abşeron rayon təhsil şöbəsində “İctimai iştirakçılığın təmin olunması, ictimai şuraların yaradılması, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi” adlı “dəyirmi masa” keçirilib.

Tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, “İctimai şuralar və ictimai nəzarətin təşviqi” layihəsi çərçivəsində ilboyu tədbirlər, ictimai müzakirələr keçirilir. MQF-nin prezidenti xatırladıb ki, “İctimai iştirakçılıq” haqqında Qanuna müvafiq olaraq Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Miqrasiya Xidmətində, digər dövlət qurumlarında ictimai şuralar yaradılıb. Bir neçə nazirlikdə mərkəzi icra hakimiyyətləri ilə yanaşı, yerli icra hakimiyyətlərində, o cümlədən Gəncə Şəhər və Binəqədi Rayon İcra hakimiyyətlərində təşəbbüslər həyata keçirilib.

MQF Hüquq Mərkəzinin direktoru Rövşən Nəbiyev təqdimatla çıxış edərək bildirib ki, layihənin məqsədi “İctimai iştirakçılıq” haqqında Qanunu və ictimai şuraları təşviq etmək, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması nöqteyi-nəzərindən vətəndaşların dövlət, eyni zamanda, hökumət qərarlarının qəbul olunmasında iştiraklarının təmin olunması istiqamətində maarifləndirici işlərin aparılmasıdır.

Abşeron Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vüqar Bəşirov layihə barədə ətraflı məlumat verib və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.

Daha sonra çıxış edənlər “İctimai iştirakçılıq” haqqında Qanuna müvafiq olaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarında ictimai şuraların yaradılmasının vacibliyini vurğulayıb, ictimai nəzarətin, şəffaflığın təşviqinin ölkəmizin inkişafına, aparılan islahatlara töhfə verəcəyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.