REGİONLAR
İctimai yaşayış binalarında əsaslı təmir işləri aparılır
Kürdəmir, 25 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına Kürdəmir şəhərində və Aran qəsəbəsindəki 21 ədəd çoxmənzilli yaşayış binasında əsaslı təmir işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, əsaslı təmir işləri tenderdə qalib gələn “Tac 2014” MMC tərəfindən aparılır. Qısa vaxtda 5 ədəd beşmərtəbəli, 10 ədəd ikimərtəbəli binada təmir-beton kəmər tökülüb, dam örtükləri vurulub, plastik dam və blok pəncərələri qoyulub, 52 ədəd blok metal qapı quraşdırılıb, suvaq təzələnib və rənglənib. Habelə, binaların kürsü hissəsinə ağlay üzlük vurulub, pilləkən meydançalarına metlax döşənib, kanalizasiya xətti çəkilib, binaların qarşısı asfaltlaşdırılıb. Hazırda işlər davam etdirilir.
İndi daha 3 ədəd ikimərtəbəli yaşayış binasında əsaslı təmir işlərinə başlanılıb, 3 ədəd beşmərtəbəli və 4 ədəd ikimərtəbəli ictimai yaşayış binasının ərazisində abadlıq işləri aparılır, parklar salınır.