CƏMİYYƏT


“İdeya var!” gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 3 fevral, Həsrət Mahmudova, AZƏRTAC

“İdeya var!” gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin qalibləri fevralın 3-də mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində əvvəlcə müsabiqənin keçirilmə məqsədləri barədə məlumat verilib.

Bildirilib ki, Gənclər və İdman Nazirliyi tərəfindən noyabrdan başlayaraq müsabiqənin seçim mərhələsi keçirilib. İki ay davam edən müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir. Azərbaycan Respublikasının 14-29 yaşlı vətəndaşlarının fərdi və müəllif qrupları qaydasında iştirak etdikləri müsabiqə “Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması”, “Qeyri-formal təhsil və gənclərin innovativ yaradıcılığı”, “Ekologiya və sağlam həyat tərzi” və “Sosial həyat” nominasiyaları üzrə təşkil olunub. Ümumi mükafat fondu 4 min manat olan müsabiqəyə respublika üzrə 273 layihə təqdim edilib. Hər nominasiya üzrə 1-ci yerin qalibi 500 manat, 2-ci yerin sahibi 300 manat, 3-cü yerə layiq görülən isə 200 manat məbləğində mükafatla təltif ediləcək.

Sonra qaliblər elan olunub, mükafatlar təqdim edilib.

Layihə Gənclər və İdman Nazirliyi tərəfindən noyabr-dekabr aylarında “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrasıni təmin etmək məqsədilə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.