İDMAN


İdman Arbitraj Məhkəməsi də Rusiyanı Paralimpiya Oyunlarına buraxmayıb

A+ A

Bakı, 23 avqust, AZƏRTAC 

Rusiya yığmasının Braziliyada keçiriləcək Paralimpiya Oyunlarında iştirak etməyəcəyi bir daha rəsmiləşib.

AZƏRTAC xəbər verir ki, buna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı səbəb olub.

CAS şimal qonşularımızın Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) qərarından şikayətini rədd edib. Belə ki, BPK avqustun 7-də Rusiya Paralimpiya Komitəsini (RPK) beynəlxalq yarışlardan kənarlaşdırmaqla bağlı qərar çıxarmışdı.

Bu addım Riçard Maklarenin Rusiya idmanında dopinqin mövcudluğu barədə hazırladığı məruzəyə əsasən atılmışdı. O, rusiyalı paralimpiyaçıların müsbət nəticə verən ən azı 35 dopinq analizinin 2011-2015-ci illərdə itirildiyini iddia edib. Rusiya Paralimpiya Komitəsi avqustun 15-də CAS-a qərarın ləğvi ilə bağlı müraciət etsə də, istəyi təmin edilməyib.

Qeyd edək ki, Rioda baş tutacaq Paralimpiya Oyunları sentyabrın 7-18-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.