İDMAN
İdman diplomatiyası ölkələrinin qarşılıqlı fəaliyyəti üçün çox əhəmiyyətlidir
Varşava, 23 may, Laçın Sultanova, AZƏRTAC
İdman diplomatiyası ölkələrin qarşılıqlı fəaliyyəti üçün çox əhəmiyyətlidir, çünki o, mədəni və ictimai diplomatiyanın tərkib hissəsidir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikri azərbaycanlı jurnalistlərlə görüşdə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Mixal Zavişa səsləndirib.
Diplomat deyib: “Bakı-2015” birinci Avropa Oyunları kimi iri idman yarışları ölkənin irəliləyişi üçün çox faydalıdır. Bu cür idman tədbirlərinin keçirilməsi üçün yaradılan infrastrukturun şəhərin sərəncamında qalması ilə yanaşı, onlar ölkənin təbliğinə kömək edir. Polşa mətbuatında, o cümlədən elektron mətbuatında qarşıdan gələn Oyunlar haqqında müntəzəm olaraq materiallar dərc olunur. İyunun 12-i yaxınlaşdıqca, bu kontinental oyunlar barədə informasiya çoxalır”.
Polşa XİN-in mətbuat katibi Avropa Oyunlarının keçirilməsində Azərbaycana uğurlar arzulayaraq deyib: “Biz çox şadıq ki, idman bayramı Polşa üçün dost ölkədə keçiriləcək”.