İDMAN


İdman gimnastikası üzrə Azərbaycan birinciliyində iki yaş kateqoriyasında qaliblər müəyyənləşib

Bakı, 9 iyun, AZƏRTAC

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Azərbaycan birinciliyində iki yaş kateqoriyasında qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edən 134 gimnast mübarizə aparır.

Yarışların birinci günündə 2002-2004-cü il təvəllüdlü qızların mübarizəsində Asya Ağayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amaliya Ağayeva ikinci, Nurcan Əhmədova isə üçüncü olublar.

2006-2007-ci il təvəllüdlü gimnastların yarışında isə Dəniz Əliyeva qızıl medal qazanıb. Nəzrin Hümbətova yarışı ikinci, Tövsiyyə Babayeva isə üçüncü pillədə başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.