CƏMİYYƏT


İdman insanlara depressiyanı aradan qaldırmaqda kömək edir

A+ A

Bakı, 30 iyul, AZƏRTAC

Viskonsin Universitetindən alimlər bildirirlər ki, fiziki fəallıq insana nəinki bədənini formada saxlamaqda kömək edir, həm də onun əhvalını yüksəldir. Bundan başqa, idmanla məşğul olmaq insana depressiyanı aradan qaldırmaqda kömək edir.

Alimlər bildirirlər ki, depressiya durumu daha çox fiziki passivliklə müşayiət olunur, idman isə depressiya əleyhinə səmərəli və zərərsiz vasitə rolunu oynaya bilər.

AZƏRTAC “uapress.info” saytına istinadla xəbər verir ki, ABŞ-da alimlər depressiya keçirmiş qadınların iştirakı ilə eksperiment aparıblar. Həmin qadınlara trenajor zalında müxtəlif rejimlərdə məşqlər etmək təklif olunub. Məlum olub ki, bütün hallarda idmanın istənilən növü ilə məşğul olmaq qadınların əhvalını yaxşılığa doğru dəyişib.

Alimlər əmindirlər ki, bu məcrada iş aparılması insanlara depressiya vəziyyətinə qarşı mübarizə aparmağı öyrədər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.