İDMAN


“İdman” qəzetinin “Rio-2016”ya həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC 

“İdman” qəzetinin Azərbaycan yığma komandasının avqustda Rio-de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarındakı uğurlarına həsr edilmiş xüsusi nömrəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan idmançıları XXXI Yay Olimpiya Oyunlarında” adlanan xüsusi nömrə Azərbaycan və ingilis dillərində hazırlanıb.

Nəfis tərtibatda çap edilən 116 səhifəlik jurnalda Azərbaycan Prezidentinin Olimpiya komandamızın üzvlərinin orden, medal və fəxri adlarla təltif olunmasına dair sərəncamları, dövlətimizin başçısının Olimpiya yığmamızla görüşləri, Rio Olimpiadasında atletlərimizin uğurları əksini tapıb. Bundan başqa, nəşrdə Rio-de-Janeyroda Azərbaycan bayrağının qaldırılması, XXXI Yay Olimpiya Oyunlarının açılışı və bağlanış mərasimləri, medal qazanan ölkələrin siyahısı, mükafatçılar sırasında yer alan idmançılarımızın hər birinin nəticələrinin təhlili də yer alıb.

Olimpiya mükafatçısı olan 18 idmançımızın hamısının öz uğurları haqda fikirlərinin də dərc edildiyi jurnalda Azərbaycan yığma komandasının bir sıra statistik göstəriciləri də infoqrafika formasında təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.