İDMAN


İdmançılarımız Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəlində liderliklərini qoruyublar

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC 

Beynəlxalq Cüdo Federasiyası sentyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvləri, “Rio-2016”nın gümüş mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) liderliklərini qoruyublar. İdmançılarımız öz çəkilərində birincidirlər. Olimpiadada beşinci sırada olan Orxan Səfərov (60 kq) isə reytinqdə ikinci pillədə qərarlaşıb.

Yığmamızın digər cüdoçularından Nicat Şıxəlizadə (66 kq) 8-ci, İlqar Müşkiyev (60 kq) 14-cü, Elxan Məmmədov (100 kq) 19-cudur. Bundan başqa, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Uşanqi Kokauri (100 kiloqramdan yuxarı) 22-ci, Tərlan Kərimov 35-ci (66 kq), Aişə Qurbanlı (48 kq) isə 40-cı yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.