İDMAN


İdmançılarımız karate üzrə dünya çempionatında üç medal qazanıblar

A+ A

Lints, 29 oktyabr, AZƏRTAC

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatının dördüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Karate üzrə dördqat dünya çempionu Rafael Ağayev (75 kq) növbəti dəfə dünya çempionu olub.

Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib. Bunadək dördqat dünya və 13 dəfə Avropa çempionu olan idmançımız final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömər ilə qarşılaşıb. Rəqibindən aşkar üstün olan R.Ağayev beşqat dünya çempionu adını qazanıb. Bununla da Rafael Ağayev rekord sayda dünya çempionu kimi adını dünya karate idmanı tarixinə yazıb.

Finalda mübarizə aparan digər idmançımız – 84 kq çəkidə döyüşən Ayxan Mamayev yapon karateçisi Araqa Ryutaronun müqavimətini qıra bilməyib və yarışı gümüş medalla tərk edib.

60 kq çəki dərəcəsində tatamiyə çıxan Firdovsi Fərzəliyev bürünc medal uğrunda görüşdə Mərakeş idmançısı Abdelsalam Ameknassi ilə qarşılaşıb. İnamlı mübarizə aparan F.Fərzəliyev qələbə qazanaraq, çempionatın bürünc medalına sahib olub.

Çempionat oktyabrın 30-da komandalararası yarışlarla yekunlaşacaq.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Lints

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.