İDMAN


İdmançımız Vüqar Kərəmov "Bakı-2017"nin uşu yarışlarına qələbə ilə başlayıb

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışları başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı Vüqar Kərəmov ilk görüşündə qələbə qazanıb. Mübarizəyə səkkizdəbir finaldan qoşulan yığma komandamızın üzvü 70 kiloqram çəki dərəcəsində əfqanıstanlı idmançı Ahmed Zaker Bakşi ilə qarşılaşıb.

Hər iki raundda aşkar üstün olan və rəqibini 2:0 hesabı ilə məğlub edən təmsilçimiz kişilər arasında yarışların dörddəbir final mərhələsinə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.