CƏMİYYƏT


İdmanın hamilə üçün faydası

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Amerikalı alimlər sübut ediblər ki, hamiləlik vaxtı fiziki hərəkət gələcək ana və onun körpəsi üçün çox faydalıdır.

AZƏRTAC “dni24.com” saytına istinadla xəbər verir ki, Cefferson Universitetinin mütəxəssisləri hamilə qadın üçün fiziki hərəkətin zərərli olmaması faktını təsdiqləyiblər.

Doqquz eksperimentin nəticəsinin təhlilindən aydın olub ki, daimi fiziki hərəkət hamilə qadın üçün çox faydalıdır. Məsələn, idmanla məşğul olmaq əhvali-ruhiyyəni yüksəltməyə və yuxunu yaxşılaşdırmağa kömək edir, habelə hamiləlik vaxtı ağrını azaldır. Bundan başqa, idman doğuşdan sonra qadının fiziki formasını tez bərpa etməsinə kömək edir. İdmanla məşğul olan hamilə qadınların 73 faizi uşağı vaxtında və normal qaydada doğublar. İdmanla məşğul olmayan qadınlarda isə bu göstərici 67 faiz olub.

İndiyədək intensiv fiziki hərəkətin təhlükəli olması və vaxtından əvvəl doğuşa gətirib çıxarması barədə fikir mövcud idi. Bu fikir fiziki hərəkət zamanı hamilə qadının orqanizmində doğuş ağrılarını sürətləndirən norepinefrinin yaranmasına barədə alimlərin mülahizəsi əsasında formalaşmışdı. Lakin son tədqiqatlar bu faktı təkzib edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.