DÜNYA
İflic olmuş adam yeni texnologiyaların köməyi ilə gəzməyə başlayıb
Polşa və Böyük Britaniyadan olan mütəxəssislər qrupu iflic olmuş adamın onurğa beyin sinirlərini bərpa edə biliblər. Yeni texnologiyaların köməyi ilə xəstə kömək olmadan gəzməyi bacarıb və onun bədəninin iflic olmuş hissələrində hissiyyat bərpa edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat zamanı xəstənin burnundan qoxunun ayırd edilməsində iştirak edən xüsusi hüceyrələr götürülərək onurğa beyninin yırtılmış hissəsinə yerləşdirilib. Bu hüceyrələr onurğa beyninin inkişafına və bərpa olunmasına təkan verib. Nəticədə xəstə gəzməyə başlayıb.
Dörd il bundan əvvəl aldığı ağır bıçaq yarasından bədəninin aşağı hissəsi iflic olmuş 38 yaşlı yanğınsöndürən Darek Fidıka üzərində əməliyyat Polşanın Vroslav şəhərinin tibb mərkəzində aparılıb. Əməliyyatda yerli cərrahlarla yanaşı, Londondan gəlmiş mütəxəssislər də iştirak ediblər.
Əməliyyatın iştirakçılarından biri olan cərrah Cey Reyzman əldə edilən nailiyyəti 40 il ərzində aparılan araşdırmaların nəticəsi kimi dəyərləndirib və onurğa beyni sinirinin inkişaf və bərpa olunma qabiliyyətinə malik olduğunun sübuta yetirildiyini bildirib.