CƏMİYYƏT


İflic xəstələri ilə kompüter arasında əlaqə yaradan cihaz hazırlanıb

Bakı, 11 iyul, AZƏRTAC

İflic xəstəliyi keçirənlərin klaviaturada mətn yığması üçün xüsusi cihaz hazırlanıb. Məxsusi proqram təminatı iflic xəstəsinin beynini kompüterlə əlaqələndirməyə imkan verir. Aparatı hazırlayan ABŞ-ın Stenford Universitetinin alimləri təsdiq edirlər ki, cihaz iflicdən əziyyət çəkənlərin sözlərini böyük dəqiqlik və sürətlə kompüterə ötürməyə, displeydə mətn şəklində əks etdirməyə qadirdir.

AZƏRTAC Rusiyada nəşr olunan “AiF Zdorovye” qəzetinə istinadla xəbər verir ki, iflic keçirənin beynini kompüterlə sözün daşıyıcısı olan sinir impulslarını ötürən kabel birləşdirir. Məxsusi yaradılmış alqoritmlər sayəsində xəstənin düşündüyü söz və ifadələrin monitorda mətnə çevrilməsi baş verir.

Cihazın köməyi ilə ünsiyyət qurmaq üçün o qədər də mürəkkəb olmayan qısamüddətli təlim keçmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.