CƏMİYYƏT


İftar zamanı yolda olan sərnişinlər üçün “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində çay masası təşkil edilib

Bakı, 14 iyun, Elvin Camalov, AZƏRTAC

İftar zamanı yolda olan sərnişinlər üçün “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində çay masası təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, iftar vaxtı mərkəzdə olan sərnişinlər masaya yaxınlaşaraq onlara təklif edilən su, çay və xurmadan pulsuz istifadə edə bilərlər. Aksiya Bakı Nəqliyyat Agentliyi və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.