Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

İki Qobustan

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycanda turistlər üçün eyni dərəcədə cəlbedici olan Qobustan adlı iki gözəl bölgə var. Birincisi inzibati mərkəzi qədim Mərəzə şəhəri olan Qobustan rayonudur, ikincisi isə qayaüstü rəsmləri - petroqlifləri ilə bütün dünyada məşhur olan Qobustan qoruğudur. Hər iki Qobustan ayrıca söhbətin mövzusu olmağa layiq unikal görməli yerləri ilə seçilir. Biz hər ikisi barədə yalnız əsas faktları sizə təqdim etməyə çalışmışıq.

Qobustan rayonu qədim Şirvanın sərhədidir

Bakı-Şamaxı yolunun 90 kilometrliyində paytaxta ən yaxın bölgələrdən biri, inzibati mərkəzi Mərəzə şəhəri olan Qobustan rayonu yerləşir. Mərəzə yaxın keçmişdə - 1990-cı ildə Qobustan rayonu yaradılana qədər Şamaxı rayonunun tərkibinə daxil olub.

Qədim Şirvan torpağı məhz bu dağlıq yerdən başlayır. VIII-XVI əsrlərdə bu yerlərdə paytaxtı Şamaxı şəhəri olmaqla qüdrətli Şirvanşahlar dövləti yerləşib. Azərbaycan dilində “qobu” sözü kiçik dərə mənasını verir. Ərazinin relyefi - dərələr, yarğanlar, qayalar bu toponimdə əksini tapıb. Baharda bu yerlər gül-çiçəyə, yaşıllığa bürünür.

Rayonda xeyli təbiət abidələri və tarixi abidələr var. Şəhərin lap yaxınlığında, Sündü kəndi ərazisindəki dərədə yerləşən mağaralar labirinti turistləri ən çox cəlb edən özünəməxsus təbiət abidəsidir.

Labirintlər Azərbaycanda daxili çəkişmələrin və xarici düşmənlərin hücumlarının səngimədiyi orta əsrlər dövründə yaşayış üçün genişləndirilən və uyğunlaşdırılan təbii qalereya və zağalar sistemindən ibarətdir. Burada xalq arasında “Ağlayan qaya” adlandırılan orijinal təbiət abidəsini görmək olar. Əfsanəyə görə, qayadan axan su bu yerlərdə həlak olmuş qəhrəman oğullara anaların axıtdığı göz yaşlarıdır. Mərəzə ətrafında acıtəhər duzlu suyu olan mineral bulaq var. Deyilənə görə, bu bulağın suyu bəzi mədə-bağırsaq xəstəliklərini müalicə edir.

Amma Qobustan rayonun ən məşhur görməli yeri - XV əsrin (1402-ci il) unikal abidəsi olan Diri Baba məqbərəsi Mərəzə ətrafında yerləşir. Yerli sakinlərin inancına görə, bu ikimərtəbəli məqbərədə Şirvanşah I İbrahimin sarayının azançısı - Diri Baba adlı müqəddəs insan dəfn olunub və deyilənə görə, onun meyiti çürüməyib. Qayaların fonunda məqbərənin dəqiq memarlıq formaları seçilir.

Qədim zamanlarda bu diyarda xalçaçılıq sənəti geniş yayılıb. Yerli xalıların naxışları “Mərəzə”, “Çuxanlı”, “Cemcemli” adları ilə dünyada məşhurdur. Nabur kəndində isə eyniadlı xalçaları bu günə qədər əllə toxuyurlar.

Qobustan rayonunun inzibati mərkəzi Mərəzə kiçik də olsa, çox koloritlidir və şübhəsiz ki, diqqətəlayiq yerdir.

Qobustan. Paleolit dövrünün şahidi

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Bakıya daha yaxın məkanda - 60 kilometr cənubda Qaradağ və Abşeron rayonlarının ərazisində yerləşir.

Ümumi sahəsi 537 hektar olan qoruğun ərazisində dünyanın ən qədim qayaüstü rəsmlərindən ibarət kolleksiya toplanıb: burada 4 mindən çox petroqlif var. Dünya miqyaslı bu unikal abidə 2007-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda ilk insan düşərgələrini, tarixdən əvvəlki kromlex qalıqlarını, habelə Daş dövrünün və digər dövrlərin sakinlərinin digər şəhadətlərini görmək olar.

Tanınmış Norveç alimi və səyyahı Tur Heyerdal Qobustan petroqliflərini dəfələrlə tədqiq edərək, buradakı qayaüstü qayıq təsvirlərini dünyada ən qədim qayıq təsviri olduğunu etiraf edib. Qədim Skandinaviya gəmilərinə oxşayan bu qayıqlar alimi norveçlilər ilə azərbaycanlıların qohumluğu haqqında sensasiyalı fərziyyə irəli sürməyə sövq edib. Tur Heyerdal bu qənaətə gəlib ki, skandinaviyalıların əcdadları Azərbaycan ərazisindən gəliblər.

Üzərində latın yazısı olan daş kitabə də turistlər üçün böyük maraq doğurur. Eramızdan əvvəl I əsrə aid olan bu kitabədə İmperator Domisianın XII Roma legionunun burada olmasını təsdiq edən sözlər yazılıb.

Qobustana ekskursiya bir qayda olaraq zəngin interaktiv muzeydən başlayır.

Yüksək texnologiyaların təntənəsi

Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun muzeyi əsaslı təmirdən sonra 2011-ci ildə açılıb. Bu gün o, fondunda 100 mindən çox arxeoloji materiallar toplanan müasir interaktiv muzey kompleksidir.

2013-cü ildə Qobustan Dövlət Tarix-Bədii Qoruğunun muzeyi Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən təşkil edilən və bu sahədə dünyanın ən nüfuzlu müsabiqələrindən biri olan “İlin ən yaxşı Avropa muzeyi” müsabiqəsinin qalibləri sırasına daxil olub.

Girişdə qonaqlar Azərbaycan xalq rəqsi “Yallı”ya bənzər petroqliflərlə qarşılaşırlar. Muzeyin informasiya mərkəzində bura gələnlər sensorlu displeydən istifadə etməklə müxtəlif dillərdə Qobustan qoruğu, tematik bölmələri olan muzeyin quruluşu haqqında ətraflı məlumat əldə edə bilərlər.

Muzeyin sərgi hissəsi bir neçə zaldan ibarətdir: “Qobustan: UNESCO-nun Dünya Mədəni İrsi”, “Qobustanın təbii mühiti”, “Zamanda səyahət”, “Qobustanda arxeoloji kəşflər”, “Qədim dövr insanlarının həyatı”, “Qədim dövr incəsənəti”, “Petroqliflərin mənası”, “Qobustanın qədim dövrünün rəssamları”, “Əsrlərdən gələn petroqliflər”, “Heyvanlar və ovçular”, “Qobustan qayaüstü sənətinin mədəni landşaftı”. Bu adların sadəcə sadalanması muzey ekspozisiyasının nə qədər müxtəlif olduğu haqqında təsəvvür yaradır.

Bir çox unikal artefaktlar, paleolit, mezolit və neolit dövrlərinə aid alətlər, animasiya təqdimatı, video materiallar turistlərə erkən dövrdən başlayaraq Qobustanda baş verən hadisələrin miqyasını, təbii dəyişiklikləri, insan məskənlərinin coğrafiyasını görməyə, qədim insanların mədəniyyəti və təsəvvürləri ilə tanış olmağa imkanı verir.

Muzeydə həmçinin 45 tamaşaçı üçün nəzərdə tutulan kinozal fəaliyyət göstərir. Burada 3D formatında qoruq ərazisində virtual uçuş həyata keçirmək mümkündür. İnteraktiv stendlər, maarifləndirici və əyləncəli oyunlar, habelə kitabxana qonaqların ixtiyarındadır. Həmçinin 283 kvadrat metr sahəsi olan və iki teleskopun quraşdırıldığı müşahidə meydançasına qalxmaq olar.

Kompleksdəki konfrans zalında müxtəlif yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçirmək olar.

Bir sözlə, muzeydə darıxmayacaqsınız. Qobustanda keçirilən gün qonaqların yadında həmişəlik qalacaq və təbiətşünaslıqla maraqlanan hər kəsə öz bilik boğçasını zənginləşdirməyə imkan verəcək.

Emil Eyyubov

Materialın hazırlanması zamanı Azərbaycanın rəsmi turizm portalı “azerbaijan.travel”in informasiyasından istifadə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Tlassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Nazim Mahmudov: Hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalasında təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə VİDEO

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək