İDMAN
İki cüdoçumuz beynəlxalq reytinq cədvəlində liderliyini qoruyub
Bakı, 27 sentyabr, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, oktyabr ayı üçün açıqlanan siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar. Belə ki, yığmamızın aparıcı cüdoçularından yalnız birinin mövqeyində dəyişiklik olub. Tərlan Kərimov (66 kq) 35-ci yeri 36-ya dəyişib. Ondan fərqli, Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yenə öz çəkisinin birincisidir.
Yığmamızın digər aparıcı cüdoçularına gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə (66 kq) 8-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elxan Məmmədov (100 kq) 19-cu, Uşanqi Kokauri (100 kq-dan yuxarı) 22-ci və Aişə Qurbanlı (48 kq) 40-cı sıradadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]
Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam
- 25.04.2024 [11:06]
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
- 25.04.2024 [10:46]