DÜNYA
“İki dəqiqə xaos”: Britaniya funt sterlinqi “Brexit”dən sonra ən güclü eniş yaşayıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Funt sterlinq Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə referendumdan (Brexit) sonra ən güclü enişini yaşayıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Tokio birjasında iki dəqiqəlik hərracdan sonra Britaniya funt sterlinqi dollara nisbətdə 6 faiz ucuzlaşıb.
Maraqlısı odur ki, bunun əsl səbəbi hələ də məlum deyil. Güman edilir ki, treyderlərə bir tərəfdən Avropa İttifaqının “Brexit” məsələsində Böyük Britaniyaya sərt mövqeyi barədə Fransa Prezidenti Fransua Olandın sözləri təsir göstərə, digər tərəfdən isə həmin “Brexit” barədə pis xəbərlər fonunda funtun satışına köklənən ticarət proqramları vəziyyəti gərginləşdirə bilərdi.
Yaranmış vəziyyət artıq “iki dəqiqə xaos” adlandırılıb. Hazırda Britaniya valyutası bir qədər bahalaşsa da, hərracın əvvəlindəki səviyyəsinə qayıtmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]