İDMAN


İki idmançımız hərbçilərin dünya çempionatının yunan-Roma güləşi yarışlarında finala yüksəlib

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yunan-Roma güləş üzrə turnirin ikinci günündə üç təmsilçimiz - Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Orxan Ələkbərov (98 kq) yarışlarda iştirak ediblər.

İlk olaraq 98 kiloqram çəki dərəcəsində yarışa qatılan güləşçimiz Orxan Ələkbərov rəqibinə cüzi xal fərqi ilə məğlub olaraq çempionatda iştirakını dayandırıb.

Sonra 85 kiloqram çəki dərəcəsində həmyerlimiz İslam Abbasov bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. O, əvvəlcə alban rəqibi Alban Necajı, sonra Ukrayna güləşçisi Aleksandr Şişmanı və yarımfinalda Əlcəzair idmançısı Aem Boudjemlini məğlub edib. Birinci yer uğrunda mübarizədə İ.Abbasovun rəqibi Rusiya Federasiyasının nümayəndəsi Yevgeni Sazeyev olacaq.

Digər güləşçimiz Rafiq Hüseynov da finala vəsiqə uğrunda ardıcıl olaraq yunanıstanlı Nikolaos Varkası, makedoniyalı Qoran Atanasovu və ukraynalı Anriy Belıxı məğlub edib. Qızıl medal uğrunda mübarizədə o, almaniyalı güləşçi Pascal Eysel ilə qarşılaşacaq.

Final görüşləri axşam saatlarında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.