İDMAN


İki idmançımız karate üzrə dünya çempionatında finala çıxıb VİDEO

A+ A

Lints, 26 oktyabr, AZƏRTAC

Avstriyanın Lints şəhərində karate üzrə 23-cü dünya çempionatı davam edir. İki ildən bir keçirilən dünya çempionatında ölkəmiz 16 karateçi ilə təmsil olunur.

Oktyabrın 26-da yeddi Azərbaycan idmançısı çempionatda mübarizəyə başlayıb. Onlardan Ayxan Mamayev (84 kq) və Rafael Ağayev (75 kq) bütün rəqiblərini məğlub edərək, çempionatın final mərhələsinə yüksəlib. Ayxan Mamayev finalda yapon karateçisi Araqa Ryutaro, Rafael Ağayev isə misirli idmançı Abdel Rahman Omar ilə qarşılaşacaq. Çempionatın final mərhələsi oktyabrın 28-də baş tutacaq.

Oktyabrın 26-da digər idmançılarımız – fərdi kata yarışlarında tatamiyə çıxan Roman Heydərov və Neda Rezai, eləcə də kumite yarışlarında döyüşən İrina Zaretska (68 kq), Fəridə Abiyeva (61 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) mübarizəni dayandırmalı olublar.

Oktyabrın 27-də isə çempionatda komanda yarışları keçiriləcək. Azərbaycan millisinin həm kişi, həm də qadın idmançıları komanda yarışlarında mübarizə aparacaqlar.

Dünya çempionatına oktyabrın 30-da yekun vurulacaq.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Lints

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.