DÜNYA


İki il aradan sonra Liviyadan neft daşınıb

A+ A

Bakı, 22 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

Liviyadakı daxili qarşıdurmaların azalmasının ardından iki il aradan sonra ölkədən ilk neft daşınması həyata keçirilib.

AZƏRTAC “denizhaber.com”a istinadla xəbər verir ki, Liviyadan 781 min barrel nefti daşıyan “M/T Seadelta” adlı tanker Ras Lanuf limanından İtaliya istiqamətində yola düşüb. Daşınmanın Avstriyanın “OMV AG” şirkəti tərəfindən həyata keçirildiyi qeyd edilib. 600 min barrel neft daşıyan ikinci gəminin isə qarşıdakı günlərdə Liviyadan yola düşəcəyi açıqlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.