İDMAN


İki ölkənin kayak və kanoe üzrə komandaları “Rio-2016”dan kənarlaşdırılıb

A+ A

Bakı, 16 iyul, AZƏRTAC

Belarus və Rumıniyanın kayak və kanoe üzrə sprinter komandaları bütün yarışlardan kənarlaşdırılıb.

AZƏRTAC Beynəlxalq Kanoe Federasiyasının (İCF) rəsmi saytına istinadla xəbər verir ki, qadağa Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına da şamil edilib.

Səbəb hər iki ölkə idmançılarının mütəmadi olaraq, dopinqdən istifadə etmələridir. İCF bildirir ki, Rumıniya yığmasından 11 idmançının dopinq-testi müsbət nəticə verib. Onlarda daha çox meldonium preparatı aşkarlanıb. Belarus təmsilçilərində isə 5 belə hal qeydə alınıb.

Qeyd edək ki, Belarus yığmasının sprinter məsafələrində 12 idmançıya 7, Rumıniya millisində isə 8 idmançıya 4 lisenziyası var idi. Onlardan bəziləri Azərbaycanı Olimpiadada kanoe növündə bir nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə təmsil edəcək Valentin Demyanenkonun, eləcə də qadın kayakçılar arasında bir nəfərlik qayıqla 200 və 500 metr məsafələrə yürüşlərə qatılacaq İnna Osipenko-Radomskayanın rəqiblərindən idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.