CƏMİYYƏT


İki piyadanı vurub qaçan sürücü tutularaq istintaqa cəlb olunub

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 19-da saat 14 radələrində Bakı şəhər sakini Fərid Şahmarlı idarə etdiyi “Brilliance” markalı “01-AB-055” dövlət nömrə nişanlı avtomobillə paytaxtın Nərimanov rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyadalar - Qiymət İbrahimovanı və Xədicə Kərimovanı vuraraq qaçıb.

Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, nəticədə Q.İbrahimova aldığı xəsarətlərdən hadisə yerində ölüb, X.Kərimova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.