İQTİSADİYYAT


İki şirkətin adi səhmləri alternativ bazar seqmentində listinqə daxil edilib

Bakı, 29 iyul, AZƏRTAC

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Sabirabad İnşaat Sənaye Materialları" ASC və "Bərdə Tikinti Quraşdırma" ASC-nin adi səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 142 min 676 ədəd, qiymətli kağızların ilkin ticarət qiyməti 4 manatdır. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.