DÜNYA


İkiekranlı “Meizu” smartfonları rəsmən təqdim olunub

Bakı, 27 iyul, AZƏRTAC

Çinin “Meizu” şirkəti 2 yeni qabaqcıl smartfonu - “Pro 7” və “Pro 7 Plus” modellərini rəsmən təqdim edib.

Qurğular arxa paneldə yerləşən yardımçı ekranla təchiz olunub. Sensor “AMOLED” ekranın diaqonalı 1,9 düym (240х536 piksel) təşkil edir və müxtəlif bildirişlərin göstərilməsi üçün nəzərdə tutulub. Bundan başqa, onun köməyi ilə musiqi pleyerini idarə etmək və avtoportretlərin çəkilişi zamanı əsas kameraya nəzarət etmək mümkündür.

AZƏRTAC xəbər verir ki, məlumata görə, hər iki smartfon f/2.0 aperturlu 12 meqapikselli rəngli və monoxrom sensordan ibarət qoşa fotomodulla təchiz edilib. Bundan əlavə, qurğular 16 meqapikselli ön kameraya malikdir. Lakin yeni qurğular arasında müəyyən fərqlər də var.

Qurğuların ilkin mərhələdə avqustun 5-dən etibarən Çində satışa çıxarılması planlaşdırılır. “Meizu Pro 7” smartfonunun başlanğıc qiyməti 430 dollar, “Meizu Pro 7 Plus” modelinin isə 530 dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.