CƏMİYYƏT


İkinci Azərbaycan Elm Festivalında alimlərimizin elmi nailiyyətləri nümayiş olunacaq

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC 

Bu il oktyabrın 31-dən noyabrın 5-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində ikinci Azərbaycan Elm Festivalı keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətlər barədə məruzələr, cəlbedici elmi şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları elmi nəticələrini nümayiş etdirəcəklər.

Festivalda müxtəlif dövlət və hökumət qurumları nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tədbirin açılış mərasimi oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.