Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlıların xatirəsi əbədi yaşayacaq

Bakı, 27 oktyabr, AZƏRTAC

Respublika Veteranlar Təşkilatında İkinci Dünya müharibəsində Moldova Respublikası ərazində həlak olmuş və itkin düşmüş sayılan 206 nəfər azərbaycanlı döyüşçünün dəfn olunduğu yerlərin aşkarlanması və xatirəsinin yad edilməsi ilə bağlı tədbir keçirilib. Eyni zamanda, “İkinci Dünya müharibəsində Moldova Respublikası ərazisində həlak olmuş azərbaycanlıların xatirə kitabı”nın Respublika Veteranlar Təşkilatında təqdimatı olub.

Tədbirdə Moldovanın ölkəmizdəki səfiri George Leuka, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının rəhbərliyi, müharibə veteranları, ziyalılar, gənclər, hərbçilər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxış edərək deyib ki, təşkilat İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələrində döyüşmüş, həlak olmuş, itkin düşmüş əsgər və zabitlərimizin taleyinə aydınlıq gətirilməsi istiqamətində ardıcıl iş aparır. Böyük Vətən müharibəsində Azərbaycan faşizm üzərində Qələbəyə böyük töhfələr verib. Azərbaycanlılar bu müharibədə əsl igidlik göstərib. Onlardan 127 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına, on minlərlə soydaşımız orden və medallara layiq görülüb. Azərbaycanlıların döyüş yolu həm də Moldovanın alman-faşist işğalçılarından azad olunmasından keçib. Moldovada döyüşən azərbaycanlılar əsasən 223-cü milli atıcı diviziyanın tərkibində olublar. Həmin diviziyanın döyüş yolu 1942-ci ilin yayından Şimali Qafqazdan başlayaraq Ukrayna, Moldova, Bolqarıstan, keçmiş Yuqoslaviya və Macarıstandan keçməklə Avstriyanın paytaxtı Vyanayadək davam edib. Bu Qələbədən 71 il keçməsinə baxmayaraq, həmin müharibədə iştirak etmiş azərbaycanlıların bir hissəsinin taleyi hələ də aydınlaşmayıb. Lakin Azərbaycanın Moldovadakı səfirliyinin əməkdaşlarının və Azərbaycan diasporunun apardıqları araşdırmalar nəticəsində vaxtilə itkin düşmüş soydaşlarımızdan 206-nın kimlikləri, təvəllüd tarixləri, rütbələri, hərbi xidmətə çağırıldıqları tarix, məntəqələr, dəfn yerləri, xidmət etdikləri hərbi hissələr müəyyənləşib, sənədlərinin saxlandığı arxivlər dəqiqləşdirilib. Moldovanın əksər ərazilərində aşkarlanan döyüşçü məzarları azərbaycanlıların necə vuruşduqlarının sübutudur. Beləliklə, müharibədə həlak olmuş soydaşlarımızın haqqında dəqiq məlumatın əldə olunması vacib məsələdir və Azərbaycan xalqının qəhrəmanlıqlarının dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətə malikdir. Artıq qələbə günündə və digər əlamətdar bayramlarda həmin ölkələrdə yaşayan soydaşlarımız, eləcə də yerli ictimaiyyət həmin məzarları ziyarət edirlər. Bu, həmin insanların yaxınları ilə yanaşı, hər birimizi məmnun edir”.

Azərbaycanın Moldovadakı keçmiş səfiri Namiq Əliyev soydaşlarımızın taleyinə aydınlıq gətirilməsində bu ölkənin dövlət orqanlarının və müvafiq qurumlarının, xalqının göstərdiyi köməkdən, səfirliyimizin bu istiqamətdəki fəaliyyətindən danışıb.

Qeyd edib ki, müharibə zamanı Moldova ərazisində azərbaycanlılardan ibarət 223-cü Belqrad və 416-cı Taqanroq atıcı diviziyalar kimi iki hərbi birləşmə döyüşüb. İki il yarım davam edən axtarışlar və araşdırmalar, eləcə də Rusiyanın və Moldovanın müdafiə nazirlikləri ilə əməkdaşlıq nəticəsində indiki Moldova Respublikası ərazisində həlak olmuş 206 Azərbaycan döyüşçüsünün məzarı aşkar edilib, onlar haqqında məlumatlar toplanıb. Araşdırmaların məqsədi Böyük Vətən müharibəsi zamanı Moldovanın alman-faşistlərdən azad edilməsi uğrunda qəhrəmancasına vuruşmuş və öz həyatını qurban vermiş azərbaycanlıların tarixi xatirəsini bərpa etməkdir. Bu iş Prezident İlham Əliyevin Böyük Vətən müharibəsi zamanı həlak olmuş Azərbaycan oğullarının xatirəsini əbədiləşdirmək siyasəti çərçivəsində həyata keçirilib.

İkinci Dünya müharibəsi veteranı Aleksandr Qritçenko, Nəsimi Rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov və digər veteranlar müharibə xatirələrini yada salıb, döyüşçülərimizin şücaətindən danışıblar. Bildirilib ki, Azərbaycanın öz döyüşçü oğullarını xatırlaması təqdirəlayiqdir. Respublika Veteranlar Təşkilatının bu işə dəstək verməsi gənclərin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Onlar itkin düşmüş soydaşlarımız barədə məlumatların tapılmasını yüksək qiymətləndirərək bu xeyirxah işdə, eləcə də “İkinci Dünya müharibəsində Moldova Respublikası ərazisində həlak olmuş azərbaycanlıların xatirə kitabı”nın hazırlanmasında əməyi olanlara, o cümlədən Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə rəhbəri Yüksəl Öztürk ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladıb, dost və qardaş azərbaycanlı veteranlarla görüşməkdən məmnunluğunu bildirib, tədbirin əhəmiyyətini vurğulayıb.

Moldovada döyüşlərdə həlak olmuş şəxslərin yaxınları tədbirin təşkilatçılarına və Azərbaycanın Moldovadakı səfirliyinin əməkdaşlarına minnətdarlıqlarını çatdırıblar.

Sonra bir qrup şəxsə Respublika Veteranlar Təşkilatının yubiley medalları təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir