İQTİSADİYYAT


İkinci rübdə daxil olan ixrac sifarişlərinin 23 faizi  “Azexport.az” vasitəsilə reallaşıb

Bakı, 18 iyul, AZƏRTAC

Bu ilin ilk rübündə “Azexport.az” portalına daxil olan ixrac sifarişlərində “Alibaba.com”, “All.biz” və digər ticarət portallarının 90 faizlik payı olsa da ikinci rübdə vəziyyət xeyli dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul ayı üçün sayında qeyd edilib.

İcmalda göstərilir ki, ikinci rübdə daxil olan ixrac sifarişlərinin 42 faizi “Alibaba.com”, 32 faizi “All.biz”, 23 faizi isə “Azexport.az”, 3 faizi isə digər portallar vasitəsilə reallaşıb. Xüsusilə də bu ilin iyun ayında sifarişçilərin yarıdan çoxu birbaşa “Azexport.az” portalına daxil olaraq ixrac sifarişlərini verirlər. Bu isə “Azexport.az” portalının getdikcə dünya miqyasında daha çox tanındığını göstərir. “Azexport.az” portalının dünya miqyasında daha çox tanıdılması istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.